turklehceleri.org

Bədii

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bədii

sif. [ər.]
1. Estetik zövqə, incəsənət tələblərinə cavab verən; gözəl, qəşəng, incə, estetik. Romanın bədii məziyyətləri. Bədii zövq. Bədii yaradıcılıq üsulu. Bədii tərtibat. Rolu bədii surətdə ifa etmək. – [Qətibə:] Sevgi hisslərini bədii şəkildə vermək istəyən şairlər də yanılırlar. M.S.Ordubadi. Xalq mahnıları xalqın da qədim zamanlardan bu günə qədər olan tarixini bədii surətdə əks etdirir. Ə.Bədəlbəyli.
2. Həyatı surətlər vasitəsilə təsvir edən. Bədii ədəbiyyat. Bədii əsər. – Sabirin qüvvətli istedadını görən qoca ustalar ona məsləhət gördülər ki, yenə vətənə qayıdıb bədii yaradıcılığa başlasın.. M.Hüseyn.
3. İncəsənətə, incəsənət sahəsində fəaliyyətə aid olan. Teatrın bədii rəhbəri. – Klublarda kolxozçular bədii özfəaliyyət dərnəyinin verdiyi tamaşaya baxır və ya məruzəyə qulaq asırdılar. Ə.Sadıq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bədii

gözəl, qəşəng, incə, estetik
{güzel, süslü, ince, estetik}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

bədii

bedii


Son arananlar: