Bulaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bulaq
is.
1. Yerin altından sızıb çıxan sərin, soyuq su mənbəyi; çeşmə, qaynaq. Bulaq başdan bulanar. (Ata. sözü). [Şirvan vilayətinin] xoş havalı yaylaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır. A.Bakıxanov. [Cahan:] Camaatın qara su içməkdən hamısının qarnı şişib; çalışıb kəndə bir bulaq gətirmək lazımdır. Ə.Haqverdiyev. Kurort şəbəkəsini inkişaf etdirmək üçün mineral bulaqlar, müalicə palçığı yataqları, müalicə nefti və sairə .. olmalıdır. M.Qaşqay. • Bulaq başı – bulaq üstü, bulaq kənarı, seyrəngah. Laçın bulaq başına yetişəndə durdu, dörd yanına boylandı. M.Hüseyn. Günəşə çatmağa çalışan bu ağacın altı bulaq başı kimi şənlik olurdu. Mir Cəlal. // məc. Şairanə təsvir və təşbehlərdə. Əldə ayna gözə sürmə çəkəndə; Ala gözün bulağından öpəydim. M.P.Vaqif. Sənin sənət bulağından neçə nəsil şərbət içdi. S.Vurğun.
2. məc. Mənbə, qaynaq, qaynayıb daşan şey. Şərabxanadə baş xum ayağına qoydum; Nə bak düşməyə gər kövsərin bulağı ələ. S.Ə.Şirvani. Neftin bulağını, dağları qoru! R.Rza. ‣ Bulaq başına (çaya) susuz aparıb, susuz gətirmək – çox hiyləgər, çoxbilmiş adam haqqında. [Yaqub:] Möhsün bəy və yaxud Həsən bəy kimi hər bir incinarı bulaq başına susuz aparıb, susuz da gətirərəm. B.Talıblı. Göz bulağı – gözün yaş damcılayan yeri, gözün buruna tərəf olan küncü. Xanpəri .. sağ əli ilə qaşlarına sığal çəkdi, gözlərinin bulağını sildi. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bulaq
çeşmə, qaynaq
{çeşme, kaynak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bulaq
pınar
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
bulaq
Kaynak, memba, pınar. Qaynar bulaq – Kaynarca. Bilim bulighi – Bilim kaynağı. Bulaqtek köz – Nurlu göz (gözü nurlu).