əşxas
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əşxas
is. [ər. “şəxs” söz. cəmi] köhn. Şəxslər, adamlar. Əşxas fərmayişi əmələ gətirdilər. M.F.Axundzadə. Xərc edir bir para əşxas pulun bayramdə; Zəfərana, yağa, razyanaya, xaşxaşa, ətə. M.Ə.Sabir. Bizim müsəlmanlar arasında arif və qanacaqlı əşxaslar çoxdur. N.Vəzirov. Əşxasi-hökumət hamı heyran olur olsa; Hər qüvvətin üstündə də bir qüvvət olarmış! Ə.Nəzmi. • Əşxasi-məclis – bax. əhli-məclis (“əhl”də).