turklehceleri.org

əmin

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əmin

sif. [ər.]
1. Qorxusuz, xətərsiz, etibarlı, dinc, sakit. Əmin yol. Əmin yer.
2. Tamamilə xatircəm, arxayın, qane. Bu işin baş tutacağına biz əminik. – [Məhərrəm:] Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən ayrılmayacaq. C.Cabbarlı. İzzət qarı əmin idi ki, .. o gülün kökünü qazıb çıxarmaq lazımdır. Ə.Məmmədxanlı. • Əmin etmək – inandırıb rahat etmək, tamamilə inandırmaq, xatircəm etmək, arxayın etmək, inandırıb qane etmək. Mən sizi əmin edə bilərəm ki, o yazıq gənc təmiz bir adamdır. M.S.Ordubadi. Budur, mən səni öz tərəfimdən əmin edirəm.. H.Nəzərli. Əmin olmaq – tamamilə inanmaq, inanıb rahat olmaq, xatircəm olmaq, arxayın olmaq. Siz buna əmin ola bilərsiniz. – Mina cavab verdi ki, əmin olunuz, əzizim! İ.Musabəyov.
3. İnanılacaq, inanıla bilən, düz, etibarlı. Əmin adam.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

əmin

I. dinc, sakit
{huzurlu, sakin}

II. xatircəm, arxayın, qane
{emin, sakin, kani}

III. düz, ə’tibarlı
{dürüst, itibarlı}

IV. amanlıq, sakitlik, arxayınlıq, asayiş
{güvencelilik, sakinlik, kaygısızlık, itimat}

V. arxayın, sakitcə, rahatca, arxayınca
{kaygısız, sakince, rahatça, kaygısızca}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əmin

emin, güven


Last searches: