lütüryan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
lüt-üryan
sif.
1. Lüt-anadangəlmə, lümlüt. Məcidin göldə suyu şappıldadaşappıldada qol-qanad çalması, sonra da lütüryan (z.) çay qırağında oynaması Xırdanı lap darıxdırdı. S.Rəhimov. • Lüt-üryan olmaq – lüt-anadangəlmə olmaq, lümlüt olmaq. [Fatmanisə:] Lüt-üryan olub kişilərin qabağına çıxdı. M.İbrahimov.
2. məc. Yoxsul, kasıb. • Lüt-üryan qalmaq – var-yoxu əlindən çıxmaq. Yəqin evini yarıblar, var-yox əlindən gedib. Yaxşı lütüryan qaldı küçələrdə. Mir Cəlal.