turklehceleri.org

əmcək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əmcək

is. Məmə, döş. Fəxrəddin!.. Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin! N.Vəzirov. İnəyin əmcəyindən çıxan süd balaca bulaq kimi şırhaşırla sərniclərə tökülürdü. Ə.Vəliyev. • Əmcək uşağı – südəmər uşaq. Övrətlər əmcək uşaqlarını bağırlarına basıb tökülmüşdülər küçəyə. C.Məmmədquluzadə. Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Ə.Haqverdiyev. Əmcəkdən kəsmək – süd verməyi dayandırmaq, süddən kəsmək, daha süd verməmək. Uşağı əmcəkdən kəsmək. ‣ Anasının (nənəsinin) əmcəyini kəsən – çox bic, fırıldaqçı, dələduz adam haqqında. Bir şahıya nənəsinin əmcəyini kəsənlər var. M.İbrahimov. Anasının əmcəyini kəsmək – fırıldaqçılıqla məşğul olmaq. Adam da anasının əmcəyini belə kəsərmi? S.Rəhman.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

əmcək

məmə, döş
{meme, göğüs}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əmcək

emzik, meme


Last searches: