rübab
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
rübab
is. [ər.] Bir çox Şərq xalqları arasında geniş yayılmış simli musiqi aləti. Rübabın incə tellərdir, .. min aləm var təranəndə. S.Vurğun. Sən də alıb ələ bir qızıl rübab; İncə tellərini səsləndir, ay qız. M.Müşfiq. // məc. şair. Şairin ilham, yaradıcılıq mənbəyi, simvolu kimi işlənir. O indi susursa, inan qırılar; Şeir rübabının ən şaqraq simi. Ə.Cəmil. Xəyala hökm edən bu təntənədən; Şeir rübabımı dindirərəm mən. H.Arif.