tezbazar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tezbazar
dan. tezbazar etmək – 1) bir işi tələsik, keyfiyyətsiz, atüstü görmək. Məsələni tezbazar həll etmək. Tapşırığı tezbazar yerinə yetirmək; 2) tez axırına çıxmaq, öldürmək. [Abbas:] İlqarından dönən yarı; Tanrı tezbazar eyləsin! “Abbas və Gülgəz”. Tezbazar olmaq – 1) atüstü, tələsik, keyfiyyətsiz görülmək (iş). Bu lap tezbazar oldu; 2) vaxtsız, tez etmək. Kim bilsin, [kişi] hansı məqsəd üçün gəlirmiş, tezbazar olub. Mir Cəlal.