turklehceleri.org

əlahiddə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əlahiddə

[ər.]
1. sif. Ayrı, başqa. Əlahiddə məsələ. Əlahiddə şəkil. – [Hacı Qara] üç yüz qızıl sanayıb əlahiddə kisələrə qoyur, sonra gedir, tüfəng, tapançasını, xəncərini, qılıncını gətirir. M.F.Axundzadə. Məşədi Əsgər çamadanı yerdə görcək daha əlahiddə fikir başına gətirməyib, ancaq onu bildi ki, götürüb qaçmaq üçün əsil fürsət məqamıdır. S.M.Qənizadə.
2. zərf Ayrıca, xüsusi. Əlahiddə yaşamaq. Əlahiddə çalışır. Bu qürbət şəhərdə hərbi xidmətdə olan bir neçə yoldaşla bərabər əlahiddə bir evdə yaşayırdıq... Ə.Məmmədxanlı.
3. sif. Xüsusi. ..O, mart ayının axırlarında Təbrizə gələcəyini yazmış və sizə əlahiddə salam göndərmişdir. M.S.Ordubadi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

əlahiddə

I. ayrı, başqa
{ayrı, başka}

II. xüsusi, ayrıca
{hususî, ayrıca}


Last searches: