əkiz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əkiz
1. sif. Anadan cüt olan, cüt doğulan. Əkiz uşaqlar. Əkiz (z.) doğmaq. – Çobanlar bəzən qucaqlarındakı əkiz quzunu soyuqdan qorumaq üçün ərklə Səfər kişinin mənzilinə girirlər. Mir Cəlal.
2. is. Əkiz doğulmuş uşaqlardan hər biri. Əkizlərin biri oğlan, digəri qızdır. // məc. zərf Bərabər, eyni zamanda. Əkiz yaranmışdır insan ilə qəm. S.Vurğun. ..Fəqət əkiz yaranmışdır xəyal, həqiqət. M.Rahim. Bizlə əkiz doğulmuşdur; Namus, vicdan, şərəf, hünər. O.Sarıvəlli.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əkiz
cüt, qoşa
{çift, iki}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əkiz
ikiz