əfrad
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əfrad
is. [ər. “fərd” söz. cəmi] Fərdlər, şəxslər, adamlar. Etiqadımız bundadır ki, vətən, məmləkət orada yaşayan əfradın hamısınındır. C.Məmmədquluzadə. [Əbülhəsən bəy:] Nəzmiyyə əfradının və onunla bərabər bütün Təbrizin tərk-silah etdirilməsi tələbini rədd edəcəyik. M.S.Ordubadi. • Əfradi-məclis köhn. – səhnə əsərində iştirak edən şəxslər. Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqfə bülənd oldu. M.F.Axundzadə.