ədəb
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ədəb
is. [ər.] Əxlaq qaydalarına riayət, əxlaq və hərəkətdə, danışıqda nəzakət, incəlik; tərbiyə. Ədəb qaydaları. – Ədəbi kimdən öyrəndin? – Biədəbdən. (Ata. sözü). Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas; Düşər tənü şərəfdən mollalar, işanlar, insanlar. M.Ə.Sabir. Baxdıqca onun marağı artır; Elmə, ədəbə, kitaba hərdəm. A.Səhhət. [Müəllim:] Özümdən ədəb və nəzakət xaricində heç bir hərəkət baş verməmişdi. S.Hüseyn. // Utancaqlıq, həya. Üzündən ədəb yağır. // Hörmət, ehtiram, sayğı. [Məhbub xanım] ədəb salamını yerinə yetirib dayandı. (Nağıl). Təzə gəlinlər, cavan qızlar [Sara xanımın] yanına girə bilməzdi: ədəb, həya, hörmət vardı. Qantəmir. Ədəblə şəklində zərf – hörmətlə, ehtiramla. Ədəblə danışmaq. Ədəblə cavab vermək. – Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş, ədəblə çömbəldi. M.Ə.Sabir. Uşaq cürətlənib hərəkətə gəldi, irəli yeridi, əllərini yanına salıb ədəblə salam verdi. Mir Cəlal. Qoçaq əsla tələsmədən əti götürdü və biriki addım kənara çəkilib ədəblə gəmirməyə başladı. M.Rzaquluzadə. • Ədəb gözləmək – əxlaq, tərbiyə, nəzakət, hörmət qaydalarına riayət etmək; öz hərəkət və sözlərində tərbiyəli, nəzakətli olmaq. Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! M.Ə.Sabir. Talıb xan .. ədəb gözləyən yasovulun açılışmağının səbəbini yaxşıca anlamağa başlayırdı. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ədəb
nəzakət, incəlik, tərbiyə
{nezaket, incelik, terbiye}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ədəb
edep