xərc
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xərc
is. [ər.] İşlənən, sərf olunan pul; məsarif, məsrəf, məxaric. [Məşədi İbad:] A kişi, axı bunun bir anbar da toy xərci var. Ü.Hacıbəyov. Buna görə də Hacı Səmsamın gəliri xərcini güclə ödəyirdi. P.Makulu. // Sərf olunacaq pul. Demək, Mirzə Qədir Nəsirin evlənmək xərcini verməklə işin içindən çıxa bilməyirdi. S.Hüseyn. [Bayraməlibəyov] bütün xərci öz boynuna götürür və yazırdı ki, əgər razı olsalar, indidən bilet satmağa başlayar. S.Rəhman. • Xərc aparmaq – çox pul sərf edilmək, çox xərc tələb etmək, baha başa gəlmək. Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc aparacaq. İ.Şıxlı. Xərc etmək (çəkmək) – xərcləmək, pul sərf etmək. [Mustafa bəy:] Mən xərc çəkmişəm, pul tökmüşəm, qabıq qoyub, kəhriz çıxartmışam. Ə.Haqverdiyev. [Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi. Oğlan yengəsi qız evinə güclü xərc çəkib, “yengə xonçası” göndərər. R.Əfəndiyev. Xərcə salmaq – pul xərcləməyə məcbur etmək, çox pul xərcləməsinə səbəb olmaq; pul xərclətmək. [Nazlı Mustafaya:] [Ev sahibləri] çay təklif eləsələr mən içməyəcəyəm, sən də içmə, kasıb adamdılar, niyə xərcə salaq? Ə.Məmmədxanlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
xərc
məsarif, sərf, çıxar
{masraf, sarf, gider}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
xərc
gider, harcama, harç, sarfiyat