turklehceleri.org

ədavət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ədavət

is. [ər.] Ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz, birinə qarşı qəzəb hissi. ..Bəy bir məclisdə danışdı ki, Mirzə Möhsünlə mənim bir ədavətim yoxdur. Qantəmir. • Ədavət bəsləmək – kin bəsləmək, kin-küdurət bəsləmək, birisinə qarşı düşməncəsinə hiss bəsləmək. [İblis:] Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət; Hər kəs mənə qul ikən, bəslər ədavət. H.Cavid. Naşad əfəndi Mehribana qarşı indi bir kin və ədavət bəsləyirdi. S.Hüseyn. // Ümumiyyətlə, düşmənçilik, düşmənlik. Çərxi-sitəmgərin, hərzə talein; Ölüb qurtarmadıq ədavətindən. Q.Zakir. [Cavad bəy:] Xan, cənabinizə məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq edir. N.Vəzirov. • Ədavət aparmaq – düşmənçilik etmək, düşməncəsinə münasibət bəsləmək. Xanpəriyə elə gəlirdi ki, kim isə onunla ədavət aparır. Ə.Vəliyev. Ədavət doğurmaq – ədavətə, düşmənçiliyə səbəb olmaq. [İblis:] Get, lakin o hörmət və məhəbbət; Bir gün doğurur qanlı ədavət. H.Cavid. Ədavət etmək – düşməncəsinə münasibət bəsləmək, düşmənçilik etmək, ədavət bəsləmək. Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir. Ədavət qalxmaq (doğmaq, düşmək) – araya düşmənçilik düşmək, bir-biri ilə düşmən olmaq. [Məhərrəm:] Nə üçün yaxın bir qohumun arasında ədavət qalxsın? C.Cabbarlı. [Tələbə:] Bir də, heç mən intriqa bilən adam deyiləm. Görürəm dərnək işlərinə qoşulsam, yoldaşlarımızla aramızda ədavət düşəcək. Qantəmir. Ədavət salmaq – araya düşmənçilik salmaq, biri-biri ilə salışdırmaq, vuruşdurmaq. Bir söyləyən yox, ay başıbatmış, nə borcuna; Haqqı nədir, salırsan ədavət, gavur qızı?! M.Ə.Sabir. Özü də istəyirdi ki, yerli xalqla bizim aramıza ədavət salıb öz hakimiyyətini bərkitsin. M.Rzaquluzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ədavət

I. kin, kudurət, qərəz
{kin, nefret, garez}

II. düşmənçilik
{düşmanlık}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ədavət

husumet


Last searches: