turklehceleri.org

əcəb

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əcəb

sif. [ər.]
1. klas. Təəccüblü, qəribə. Oğlan, əcəb olmaz, olsa aşiq; Aşiqlik işi qıza nə layiq? Füzuli.
2. Gülməli, əyləncəli, məzəli, çox qəribə. Zahida, sən ki bilirsən özünü hal əhli; Bir öz əhvalını bilməzsən, əcəb halın var. S.Ə.Şirvani. Əcəb, yoxmu onun bağçası-bağı; Güllərə baxmayır, gül solü sağı. Ə.Cavad.
3. Çox yaxşı, çox gözəl, əla. Əcəb şeydir. Əcəb kitabdır. – Bir əcəb qəsrdə tutub mənzil; Meyə olmuşdu ruzü şəb mail. Füzuli. Əcəb əyyam imiş əyyami-sələf; Gərək o günlərdə olaydıq tələf. Q.Zakir.
4. dan. Təəccüb bildirir – görəsən. Əcəb, nə oldu ki, gəlib çıxmadı?
5. dan. Təsdiq bildirir – bəli, hə. – Sən yemək yeyəcəksənmi? – Əcəb.
6. dan. İntonasiyadan asılı olaraq təəccüb, narazılıq, bəzən istehza, kinayə bildirir. Əcəb işə düşdük?! Əcəb bizi avara qoydun! Əcəb adamsan! Əcəb xanəndə imiş! Əcəb işdir! Əcəb intizamlı imişsən! ‣ Əcəb eləmək dan. – yaxşı eləmək, əlindən gəlmək. Bilmirəm, əcəb edirəm, .. sənə nə düşüb? H.Nəzərli. Əcəb ki – nə yaxşı ki, yaxşı oldu ki, nə yaxşı... Əcəb ki, tez gəldim, yoxsa tamaşaya gecikəcəkdim. Əcəb oldu – yaxşı oldu, elə də lazım idi. Lütfəli [Cəlilə] baxıb öz-özünə deyirdi ki, əcəb oldu. İ.Musabəyov. Nə əcəb? – 1) təəccüb, heyrət, sual bildirir. Nə əcəb belə gec gəldin? – [Araz:] Bir de görüm, sən nə əcəb bura gəldin? A.Şaiq. Mənimlə tikdirdiyin qırx üç manatlıq tufliləri nə əcəb geyməyib, belə sarı səndəldə dolanırsan? Qantəmir; 2) təəccüblü deyil, təəccüblü bir şey yoxdur, buna təəccüb etmə(yin). Yar söhbətim olmazsa, Füzuli, nə əcəb; Özünə söhbətimi ar bilibdir, bilirəm. Füzuli. Sizdən (səndən, ondan və i.a.) nə əcəb? – təəccüb, sual məqamında. [Sevil:] İçəri gəl, ay ata, altı ildir səni görməmişəm, səndən nə əcəb? C.Cabbarlı. [Rəis:] Sizdən nə əcəb, Hikmət xanım? Mir Cəlal.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

əcəb

I. təəccüblü, qəribə
{acayip, garip}

II. yaxşı, gözəl, ə’la
{iyi, güzel, âlâ}

III. gülməli, əyləncəli, mədəni
{gülünç, eğlenceli, medeni}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əcəb

pekala


Last searches: