turklehceleri.org

şəkil

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

şəkil

is. [ər.]
1. Bir şeyin, ya adamın xarici görünüşü; sifət, surət. Uşaq böyüdükcə şəklini dəyişirdi. – Vidadi xəstəni gəl indi tanı; hanı o sən görən şəklü nişanı. M.V.Vidadi. • Şəkli düşmək – hamar, parlaq səth üzərində surəti, əksi düşmək (görünmək). Suya ağacların şəkli düşmüşdür.
2. Bir şeyin və ya şəxsin əl və ya foto ilə çəkilmiş surəti; tablo, rəsm. Əsgər şəkli. Divardan böyük bir şəkil asılmışdı. – [Qulu:] Özgələrin evinə gedirsən – bir küncdə divan, bir yanda stullar və stollar, divarlarda xalılar və şəkillər asılıb. N.Nərimanov. Novruzun qəzetdə çıxmış şəkli əldən-ələ dolaşır, onun adı dillərdə əzbər olurdu. S.Rəhman. • Şəkil çəkmək – 1) rəsm çəkmək; 2) fotosurətini çıxarmaq. Şəklini çəkdirmək – fotoqrafiya üsulu ilə öz əksini çıxartdırmaq. // Surət, obraz, təsvir, bənzər, timsal. Onun şəkli indi də gözümün qabağından getmir.
3. məc. Öz xarici gözəlliyi, bədiiliyi ilə adamı heyran edən şey haqqında. İnsan deyil, bir şəkildir. • Şəkil kimi – gözəl, göyçək qəşəng (adam haqqında). [Gülgəz:] Mənim oğlum Bakı kimi yerdə oxuyur. Şəkil kimi oğlandır. İ.Əfəndiyev.
4. Dram əsərlərində ayrıca dekorasiya tələb edən pərdənin bir hissəsi. “Vaqif” pyesi 5 pərdə 11 şəkildir. – Kinostudiya bir şəklin ayrı-ayrı hissələrini çəkmək üçün ekspedisiyaya hazırlaşırdı. İ.Əfəndiyev.
5. məc. Mənzərə, təsəvvür olunan şey. Gələcək şəhərin şəklini göz qabağına gətirmək. Qürubun valehedici şəklinə tamaşa etmək.
6. Kinofilm. Dünən klubda maraqlı bir şəkil göstərdilər.
7. Vəziyyət, hal, forma, xarakter. İlyasın söhbəti çox ciddi şəkil aldı. M.S.Ordubadi. • Şəklə düşmək (girmək) – bu və ya başqa bir şəkil almaq, dona girmək, şəklini dəyişmək. Bu halda bir qoca ağsaqqal kişi əlində ağac və bir neçə jandarm daxil olurlar. Onlardan biri deyir: “Qanun hökmünə görə dustaq edərəm sizi”. Laçın bəy, Cahangir bəy, Qulu bəy hərəsi bir şəklə düşür. N.Vəzirov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

şəkil

I. sifət, surət
{sıfat, suret}

II. rəsm, tablo, mənzərə, görünüş
{resim, tablo, manzara, görünüş}

III. forma, vəziyyət, hal
{şekil, vaziyet, hal}

IV. növ
{nevi}

V. hadisə
{hadise}

VI. tərz
{tarz}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

şəkil

çizim, resim, şekil


Last searches: