şüəra
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şüəra
is. [ər. “şair” söz. cəmi] klas. Şairlər. Əgərçi Sədi və Hafizdən sonra İranda şeir qayətdə tənəzzülə düşüb, şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu. M.F.Axundzadə. Seyyida, bunca ki məsciddən edirlər nifrət; Nə görüblər, görəsən kim, şüəra məsciddə? S.Ə.Şirvani. ..Bizim şüəra cismən fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçərli. [A.Səhhət] gənc ikən şeirlə maraqlanaraq Seyid Əzimə təqlidən bir çox qəzəl yazmışdır. Ədəbi qaydanı, xüsusən, əruz vəznini Şamaxı şüəra və ürəfasından sayılan Hacı Cabbar Sabitdən öyrənmiş(di).. A.Şaiq.