şövq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şövq
is. [ər.]
1. Şiddətli meyil, həvəs, arzu, istək. [Nuxulular] Molla İbrahim Xəlili bu halət ilə görməkdən vəch edib, şövqdən qayəm sövt ilə çağırırlar. M.F.Axundzadə. [Tahirzadə:] Məsmə bacı, qızın oxumağa çox can atır, çox şövqü var. Mir Cəlal. • Şövqə gəlmək – həvəsə gəlmək, vəcdə gəlmək, ilhama gəlmək, ruhlanmaq. ..[Əmiraslan] şövqə gəlib sazını götürər, süzə-süzə çalardı. S.Rəhimov. Şövqə gətirmək – həvəsləndirmək, şövqləndirmək, vəcdə gətirmək, ruhlandırmaq, ilhamlandırmaq. Qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür. C.Məmmədquluzadə.
2. İşıq. Eləmi sözü xoş; Kəmalı xoş, özü xoş; Aldı gözüm şövqünü; Xumar baxan gözü xoş. (Bayatı). Ay kimi şövq salıb ayna qabağın; Çoxların eyləyib divanə, Telli! Aşıq Ələsgər.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
şövq
I. işıq, nur
{ışık, nur}
II. həvəs, meyl, maraq, arzu
{heves, meyil, istek, arzu}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
şövq
şevk