şux
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şux
sif. [fars.]
1. Şən, xoştəbiət, xoşədalı, işvəli, oynaq. Gözlərin şuxdu sənin; Kirpiyin oxdu sənin; Dərdin məni öldürür; Xəbərin yoxdur sənin. Sarı Aşıq. Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varıyoxundan. M.V.Vidadi. Fəxrəddinin diqqətnəzərini gözəl və şux bir qız cəlb etdi. M.S.Ordubadi.
2. məc. Nəzərəçarpan, ürəkaçan, parlaq. Şux rəng. – [Şəbbu:] Gər yox isə sevimli rəngim mənim; Şux deyildirsə də həngim mənim; Ətrim uzaqdan bürüyür aləmi. A.Səhhət. ..[Qumru] hansı tərəfə dönürdüsə, daha şux bir rəng gözlərini oxşayıb, onu özünə doğru çağırırdı. Ə.Məmmədxanlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
şux
I. oynaq, şən, şad
{hareketli, şen, şad}
II. nazlı, şivəli, edalı, işvəli
{nazlı, cilveli, edalı, işveli}
III. gülərüzlü
{güler yüzlü}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
şux
cilveli, şuh