şumal
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şumal
sif.
1. Hündür, düz, sərrast. Şumal çinar. Şumal ağac. – Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq. [Yunis:] Bu taxta qurudur, şumaldır. Mir Cəlal.
2. məc. Ucaboy, boy-buxunlu, təndürüst, qədd-qamətli. Şumal oğlan. Şumal qız. – Aşağı tərəfdə samovarın yanında ev xanımı oturmuşdu. İrigözlü, uzunkirpikli şumal bir qız çay fincanları(nı) düzməkdə idi. Çəmənzəminli. Heybət qabaqdakı qıvrımsaçlı, qarayanız, şumal oğlana müraciət elədi. M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
şumal
I. qamətli, boylu-buxunlu
{kametli, boylu poslu}
II. uca, hündür
{yüce, ulu}
III. düz, sərras
{düz, düzgün}