əqvam
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əqvam
is. [ər. “qövm” söz. cəmi] kit.
1. Tayfalar, qövmlər. Vətəndaşlarımın bu tərəqqi zamanında, bu telefon və elektrik əsrində ki, – sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar, – geridə qalmaqları .. məni heyrətə saldı. F.Köçərli. // Tayfa.
2. Qohumlar, qohum-əqrəba. Ona görə bu şəxs nəinki .. öz əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi. Ə.Haqverdiyev. Ağanın özünün və əqvamının salamatlığı təmin olunmalıdır.. M.S.Ordubadi.