şişirtmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şişirtmək
f. Üfürüb doldurmaq, köpürtmək, qabartmaq, şişkin hala gətirmək. Şarı şişirtmək. Ordlarını şişirtmək. – Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Çəmənzəminli. Nəriman əmi ordlarını şişirdərək əlini başına çəkib, məzəmmətlə Murada baxdı. İ.Əfəndiyev. // Böyütmək, qabartmaq, artırmaq, yekəltmək. Bostandakı kələmlər enə verir, balqabaqlar qarınlarını şişirdir, pomidorların sifəti qızarırdı. Ə.Vəliyev.
2. Olduğundan daha güclü, daha artıq, daha mübaliğəli şəkildə təqdim etmək, təsvir etmək, söyləmək. Məsələni şişirtmək. – Hansı bir yazıçı olur olsun, nə onu qərəzkarlıqla kiçiltmək, nə də qəsdən şişirdib böyütmək olmaz. S.Rəhimov. [Salman:] Yoldaş Şirzad çox tünd gedir, nöqsanları şişirdir!.. M.İbrahimov. ‣ Özünü şişirtmək – lovğalanmaq, qürrələnmək, təkəbbür satmaq, özünü dartmaq.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
şişirtmək
abartmak