şirinşirin
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şirin-şirin
zərf Həvəslə, şövqlə, ləzzətlə, iştaha ilə. Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. S.S.Axundov. [Ağsaqqal kişi] şor-çörək tikəsini orduna basır, yağ-bal kimi şirin-şirin yeyirdi. Mir Cəlal. // sif. məc. Şirin, xoş, dadlı. Şirin-şirin sözlər. Şirin-şirin yuxular. – Məktəbdə var şərafət; Dəftərdə var lətafət; Cari olur qələmdən; Şirin-şirin hekayət. M.Ə.Sabir. Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışır, çox qəribə tapmacalar deyərdi. A.Şaiq.