dovşan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dovşan
is.
1. Gəmiricilər dəstəsindən qabaq ayaqları dal ayaqlarından qısa, uzun və dik qulaqlı, dodağı yarıq kiçik heyvan. Dovşanlar otla və bitki ilə keçinir. Dovşan əti dadsız olur. – Dovşanın gümanı ayaqlarına gələr. (Ata. sözü).
2. məc. Qorxaq, cəsarətsiz adam haqqında. ‣ Dovşan bığı – xeyrə-şərə yaramayan adam haqqında. Dovşan qulağı – dik duran şey haqqında. Toybəyi bığlarını dovşan qulağına döndərmişdi. Mir Cəlal. Dovşan ürəkli – ürəksiz, cürətsiz, qorxaq. Dovşan yuxusu – qısa, lakin bərk yuxu, dərin yuxu. Dovşana qaç, tazıya tut demək – ikiüzlülük etmək. Dovşanı araba ilə tutmaq – bir şeyi üsulluca, tələsmədən, səbirlə, ustalıqla əldə etməyə çalışmaq.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dovşan
tavşan