şeyda
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
şeyda
sif. [fars.] şair. Dəlicəsinə vurğun, eşq divanəsi, məftun (bəzən “şeyda bülbül” tərkibində işlənir). Vaqif bir şeydadır, dolanır bağı; Xəstədir, dərmanı dilbər dodağı. M.P.Vaqif. Qonub pəncərəyə bu halda Osman; Şeyda bülbül kimi edirdi əfğan. H.K.Sanılı. [Vaqif:] Oxu bu naməni, əzizim Eldar; Qoy mənim dərdimi dinləsin dağlar; Bir tərlan xəyallı, qəlbi xəstəyəm; Bir şeyda bülbüləm, daş qəfəsdəyəm. S.Vurğun. • Şeyda olmaq – dəlicəsinə vurulmaq, məftun olmaq. Zimistan qəhrini çəkən bülbüllər; Şeyda olsun, gülüstana can desin. Aşıq Ələsgər.
Last searches:
- yükselmek,
- hamsuhbat,
- binýat,
- singimoq,
- qiyshaymoq,
- ciliklənmək,
- politics,
- shimmoq,
- geçit,
- çınqır,
- himiya,
- agsak,
- ertekchi,
- surmise,
- şugullamak,
- owan,
- Kazma,
- hiza,
- kassir,
- Müğənnilik,
- yaradıcılıq,
- şeyda