turklehceleri.org

şaqqa

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

şaqqa

I. is. İkiyə parçalanmış cəmdək. [Fərhad:] Bir qoyunun da şaqqasını yemək olarmı? Ə.Haqverdiyev. Tahirzadənin ilk işi o oldu ki, şərikli kəsdikləri şişəyin bütöv bir şaqqasını ayırıb, südçü məhəlləsinə, Məsmənin evinə göndərdi. Mir Cəlal.

II. (=şaqqanaq) şaqqa(naq) çəkmək, şaqqa(naq) çəkib gülmək – bərkdən gülmək, qəhqəhə ilə gülmək, şaqqıltı ilə gülmək. Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına baxdı, hündürdən bir şaqqa çəkib güldü. “Koroğlu”. ...Xan şaqqa çəkib güldü. S.Rəhimov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

şaqqa

parça, hissə
{parça, hisse}


Last searches: