turklehceleri.org

mədəni

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

mədəni

I. sif. [ər.]
1. Mədəniyyətcə çox inkişaf etmiş, mədəniyyətin yüksək dərəcəsində olan. Mədəni mühit. Varlı və mədəni həyat. // Cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxşı bələd olan; tərbiyəli. Mədəni adam. – Qadının qarşısında 25 yaşlı, .. gözəl, yaraşıqlı, ədəbli, məlumatlı və mədəni bir gənc oturmuşdu. M.S.Ordubadi.
2. Mədəniyyətlə bağlı olan, mədəniyyətə aid olan. Əhalinin mədəni inkişafı. Xalqlar arasında mədəni əlaqə. Mədəni xidmət.
3. Əkilən, becərilən (yabanı, cır ziddi). Mədəni bitkilər. – Bəzi yerlərdə meşə öz şəklini dəyişib, insan tərəfindən salınmış mədəni bir parka bənzəyirdi. H.Seyidbəyli.

II. sif. [ər.] Mədəndən çıxarılmış mineraldan ibarət olan, mineraldan düzəldilmiş. Mədəni gübrə. – ..Bu boyaq (umbra) müxtəlif mədəni hissələrin qarışığından ibarət olan gildir. A.Quliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

mədəni

ədəbli, nəzakətli, qanacaqlı
{edepli, nazik, düşünceli}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

mədəni

medeni, münevver, uygar


Last searches: