İtki
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
itki
is.
1. İtirilmiş şey. İtkisi olmaq.
2. məc. Ölüm. Bu böyük itki, bu kədərli faciə bütün qohum-qardaşa .. çox ağır təsir etdi. A.Şaiq. Rəiyyət Rüstəmin ailəsi bu ağır itki üçün .. matəm və yas saxladı. S.Rəhimov.
3. Döyüş zamanı sıradan çıxmış əsgər və ya döyüş sursatı; zayiat. Döyüşdə düşmən çoxlu itki vermişdir. – Tapdıq hələ taqımın başqa nə kimi itkisi olduğunu bilmirdi. Ə.Əbülhəsən.
4. Ziyan, zərər; zay olma, xarab olma. Məhsul toplanışında itkiyə yol verməməli. Təsərrüfatda hər cür itkinin qarşısını almalı. – Əziz görmüşdü ki, soyuqda, qarda, şaxtada yığılan pambığın çox itkisi olur. Ə.Vəliyev. • İtkiyə düşmək – ziyan çəkmək, zərərə düşmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
itki
ölüm
{ölüm}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
itki
hasar, kayıp