nər
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
nər
sif. [fars]
1. Erkək (dəvə). Sarbanın yerə yatırdığı nər dəvə onu belinə aldı, sonra nərildəyərək ayağa qalxdı. Ə.Məmmədxanlı. // İs. mənasında. Qoyun, quzu, at, eşşək; Salmış çölə qalmaqal; Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Haça buğurlar, dizi qara nərlər, gözəl arvanalar .. qoyun sürülərinin dalınca gəlirdilər. Ə.Vəliyev.
2. məc. Qorxmaz, güclü, qüvvətli, cəsarətli. Qovğa günü öyündüyüm; Nər dəlilər yerindəmi? “Koroğlu”. Onun səadətini qoruyan nər oğullar; Sizin qollarınızda yeddi aslan gücü var! N.Rəfibəyli. • Nər kimi – qorxmadan, cəsarətlə, igidcəsinə. Nər kimi meydana atıldı. Nər kimi vuruşmaq. – Mərd olub nər kimi girək meydana; Gücümüzü göstərək bu gün divana. “Qaçaq Nəbi”. Bir qoçağam, qoç nər kimi yaşaram! M.Ə.Sabir.