turklehceleri.org

üzgöz

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

üz-göz

is. Sifət, üz. [Nəbi:] Yazığın üzgözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm. [Səlim] üz-gözünə, pərakəndə saçlarına çırpılan suyu, qarı tər kimi silib, barmaqları ilə tüklərini bir az yığışdırdı. B.Bayramov. // Sir-sifət, zahiri sima, üzün ifadəsi. Üz-gözündən düz adama oxşamır. ‣ Üz-göz olmaq – münasibəti pozmaq, əlaqəsini kəsmək, düşmən olmaq. [Şərif:] Yox, Almaz, mən sənin üstündə bütün kənd ilə üz-göz olmuşam. C.Cabbarlı. Üz-gözünü turşutmaq – bax. üzünü turşutmaq (“üz”də). Səfər .. üz-gözünü turşudub, arvadı Nisəxanıma dedi. S.Vəliyev. [Səməd] üz-gözünü turşudub otağa göz gəzdirirdi. İ.Hüseynov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

üz-göz

I. surət, sir-sifət
{suret, sıfat}

II. sima, qiyafə, görünüş
{dış, kıyafet, görünüş}


Last searches: