girinc
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
girinc
girinc eləmək (etmək) – təngə gətirmək, cana gətirmək, zəhləsini tökmək. O, səhərdən bizi girinc eləyib. – [Mədəd:] Qəşəm məni girinc eləyib. S.Rəhimov. Girinc (olmaq) – təngə gəlmək, cana gəlmək. Evimdə müntəzirkən körpələrim, yoldaşım; Qorxunc ölüm əlində girinc qalmışdır başım. M.S.Ordubadi.