tən
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tən
I. sif. və zərf Ölçü, boy və s. cəhətdən başqası ilə eyni olan; bərabər. Dost dost ilə tən gərək; Tən olmasa, gen gərək. (Məsəl). Qalxdın şahin kimi üfüqlərlə tən; Vuruldun öz ana torpağına sən. N.Xəzri. // Lap, düz, tam. Cəfərin atası kömürçülüklə qazandığı pulun tən yarısını hər ay müntəzəm halda oğluna göndərmiş, onu oxutmuşdu. Ə.Vəliyev. [Yazgül:] Tikanlı məftilin tən ortasında iri bir doqqaz var. Ə.Məmmədxanlı. • Tən gəlmək – tam uyğun gəlmək, bərabər olmaq, düz gəlmək. [Rəşid:] Bu barədə mənim köhnə dostum Qəhrəman müəllimlə də fikrimiz tən gəlir. S.Rəhimov. [Qadir:] Yoldaş Bülənd, sənnən mən elə tən gələrik.. Ə.Əbülhəsən.
II. is. [fars.] klas. Bədən. Can əgər çıxsa tənimdən əsəri-mehrin ilə; Əsəri-mehrini sanman ki, çıxar canımdan. Füzuli. Deşikdeşik olur nər bədənləri; Döşənir torpağa aslan tənləri. H.K.Sanılı.
III. [ər.] klas. bax. tənə 1-ci mənada. Alma ağacı dibində sayə; Tən eylər idi bulud da Ayə.. Xətayi. Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli. Gözəlliklər yapma, duyğular cansız; Mənə tən eyləyir hər yetən qansız. Ə.Cavad.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tən
bərabər, yarıbayarı
{beraber, denk}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tən
denk, ten