turklehceleri.org

çƏki

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

çəki

I. is.
1. Bir şeyin tərəzidə çəkilməklə müəyyənləşdirilən ağırlığı; vəzn. Taxılın çəkisi. • Çəki daşı – şeyləri çəkmək üçün ağırlıq ölçüsü kimi işlədilən müəyyən ağırlıqda cisim, tərəzi daşı. [Tahir] dəmir çarpayının altında cərgə ilə düzülmüş ağır çəki daşlarını götürdü.. M.Hüseyn. // Ümumiyyətlə, ağırlıq. Binanın çəkisinin aşağı salınması hazırda – elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə çox vacib problemlərdən biridir. “Elm və həyat”.
2. məc. Əhəmiyyət, dəyər, sanbal, siqlət. Deyirəm, Sabirin vəznli şeri; Çəkidə nə yerə, nə göyə sığmır. B.Vahabzadə. ‣ Çəkidə (çəkicə) yüngül, qiymətdə (qiymətcə) ağır – bax vəzncə yüngül, qiymətcə ağır (“vəzn”də) [Milyonçular] ..çəkidə yüngül, qiymətdə ağır əşyadan gəmilərdə əlaltı İrana keçirir, bir növ yır-yığış edirdilər. S.Rəhimov.

II. is. Parça, dəri və s. üzərində rəngbərəng saplarla işlənmiş bəzək: naxış; tikmə. Nuxa çəkiləri Azərbaycanda şöhrət tapmışdır. (Qəzetlərdən).

III. bax çəkibalığı. Çıxardıq dənizə alaqaranlıq; Xəşəmin, çəkinin olmazdı sayı. N.Xəzri.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

çəki

I. ağırlıq, siqlət
{ağırlık, sıklet}

II. nüfuz, hörmet, ə’tibar
{tesir, saygı, itibar}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

çəki

sıklet, tartı


Last searches: