çuxur
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çuxur
is.
1. Yer səthindən aşağı çökmüş, oyulmuş yer; oyuq, çala. Məmməd bir böyük və dərin çuxur qazıb, eşşəyin leşini ora saldı, üstünü torpaqladı. E.Sultanov. Çəpərlərdən çıxan tikan kolları oynaya-oynaya gəlib yol çuxurlarında bənd alır. Mir Cəlal. // Sif. mənasında. Dünyada hər iş öz qaydasınca gedir, suyu tökəndə çuxur yerə axır.. C.Məmmədquluzadə. Xanlar cəld geriyə döndü. Çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn.
2. Bədənin bəzi yerlərində (xüsusən üzdə, yanaqda) əmələ gələn xırda çökək yer; batıq. [Sila] gülərkən yenə ordu batır, sifətində çuxur əmələ gəlirdi. Ə.Vəliyev. [Gülşənin] hər iki yanağında kiçik çuxurlar əmələ gəldi. Q.İlkin.
3. Dərin nimçə, dərin qab. [Aftil Hacı Əhmədə:] Budur, sən hər gün xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama tapa bilmir. C.Cabbarlı. ‣ Gözləri çuxura düşmək – bax gözləri quyuya düşmək (“göz”də).
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
çuxur
çala, çökək, oyuq, qazıq, batıq, yatıq
{derin, çukur, oyuk, kazılmış, batık, yatık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
çuxur
çukur