çox-çox
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çox-çox
zərf və sif.
1. Lap çox, olduqca çox, olduqca. [Məmməd:] ..Vətənim çoxçox uzaq bir diyardadır. E.Sultanov. Zəhm və qorxu uşaqlıq illərilə birgə çox-çox uzaqlarda qalmışdı. İ.Hüseynov.
2. Çoxlu, olduqca çox, dönə-dönə. Şairlər, rəssamlar günün batmasını çox-çox təsvir etmişlər. M.Rzaquluzadə. [Bülənd:] Demək, yoldaşlar, burada biz hələ çox-çox iş görməliyik... Ə.Əbülhəsən.