çayçı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çayçı
is.
1. Çay əkib-becərməklə məşğul olan adam; çaybecərən. Çayçıların yarışı. // Çay mütəxəssisi.
2. Çayxanada xidmət edən adam. İri mis samovarın qabağında duran çayçı stəkannəlbəkini cingilti ilə yuyurdu. Q.İlkin. // Keçmişdə: çay qoyub satan adam, çayxanaçı.
3. Çayçı dükanı, çayxana. İkinci gün Məhərrəm çayçıya gedərkən yolda həmin müsafir barədə fikirləşirdi. H.Nəzərli. Utansın çayçıda tər axıdanlar; Tarlada tər tökən qızlarımızdan. N.Xəzri.
Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)
çayçı
çaycı, çay yetiştiricisi.