turklehceleri.org

çanaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

çanaq

is.
1. İçi oyulmaqla ağacdan (taxtadan) hazırlanan qab növü. Çanağa un tökmək. – ..Kənarda taxtadan qayrılmış bir neçə su çanağı var idi. C.Məmmədquluzadə.
2. Çanaq tutan qədər ölçü vahidi. İki çanaq un. – [Pakizə xala:] Özüm də evin qabağında bir çanaq buğda əkmişəm. Mir Cəlal. Afaq, çoxdan bu yerləri tərk etmiş quşları da geri qaytarmaq istəyərək, bağçadakı təpəciyə gətirib bir çanaq arpa səpələdi. Ə.Məmmədxanlı. // Sosialist inqilabının ilk illərində Azərbaycanda alınan natural verginin adı.
3. tex. Müxtəlif mexanizmlərdə, istehsalatda şey götürmək, boşaltmaq üçün çalovvari qurğu. 65 metr uzunluğunda nəhəng buruğu xatırladan polad qaldırıcı yerə şığıyıb cəld qalxır, çanağına aldığı torpağı boşaldaraq böyük bir qum təpəsi yaradırdı. M.Əlizadə.
4. Krandan tökülən suyun axıb getməsi üçün onun altında yerləşdirilən deşikli çuxur ləyən.
5. Gövdə. Gəmi çanağı.
6. Bəzi heyvanların (tısbağa, timsah və s.) bədənini örtən çanaqvari sərt qabıq; qın. Yüzlərcə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu .. dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu. M.S.Ordubadi.
7. Bəzi simli musiqi alətlərinin (tar, kamança və s.), içi boş olduğundan səsi əks etdirən və gücləndirən əsas hissəsi. Sazın çanağı. – [İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa və arfayabənzər çəng musiqi alətlərini ixtira edirlər. Ə.Bədəlbəyli.
8. İnsan və heyvan skeletinin bel hissəsi – aşağı (heyvanlarda arxa) ətraflara dirənən və bel sümüyü üçün dayaq vəzifəsini görən sümük kəmər; çanaq sümüyü. İnsanın çanağı heyvanlarınkına nisbətən geniş olub, kasa şəklindədir. “İnsanın anatomiyası və fiziologiyası”. ‣ Çanaq .. başında çatlamaq (sınmaq) – öz əlilə özünü bəlaya salan adam haqqında. [Zülfüqar Qarakişiyə:] Onu bilirəm ki, çanaq mənim başımda çatlayacaq. B.Bayramov. Gözləri çanağından çıxmaq – bax gözləri hədəqəsindən çıxmaq (“göz”də).

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

çanaq

tas
{tas}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

çanaq

lavabo


Last searches: