afət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
afət
is. [ər.]
1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər. [Şah:] Pədərsuxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən? M.F.Axundzadə. Uşaqlarınıza heç bir cəhətdən afət yetməyəcək. C.Məmmədquluzadə. // məc. Adam haqqında. Biri N. qəzasının afət və bəlası sabiq prokuror İvanov idi. Ə.Haqverdiyev. // Məc. mənada. Arizuyi-vəsli-canan canə afətdir, könül! Füzuli.
2. məc. şair. Son dərəcə gözəl qız, qadın, dilbər haqqında. Harda qalmış görəsən, ol dəli, məcnun feyzi; Dur yügür, gəl, dediyin afəti-dövran gəldi. Nəbati. Bu afəti birinci görüşdə sevməmək qabil deyildi. M.S.Ordubadi. Gülzar altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. C.Cabbarlı.
3. məc. Çox zirək, çox cəld; od-alov. O, uşaq deyil, afətdir!
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
afət
I. bəla, fəlakət, bədbəxtlix, müsibət, ziyan, zərər
{bela, felaket, talihsizlik, musibet, ziyan, zarar}
II. gözəl, dilbər
{güzel, dilber}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
afət
afet