zərər
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zərər
is. [ər.] Ziyan. Bunun xeyri var ki, zərəri yoxdur; Gülməli insanlar həyatda çoxdur. S.Vurğun. • Zərər çəkmək – zərər etmək, maddi itki vermək, zərərə məruz qalmaq. [Kosaoğlu:] Allah ömrünü uzun eləsin, Qurban qağa, sən olan yerdə adam zərər çəkərmi? İ.Şıxlı. Zərər dəymək – ziyan çəkmək. Zərər etmək – alverdə qazanmaq istərkən itki vermək, maddi itkiyə məruz qalmaq. [Məmmədbağır] Bakıdan apardığı fındığı, şabalıdı istədiyi qiymətə sata bilmədiyindən, zərər edirdi. S.Hüseyn. Zərər gətirmək – bax. zərər vermək. Mənim doğruluğum zərər gətirdi. Q.Zakir. Zərər görmək – ziyan çəkmək. [Sultan:] Sənin atan da, əmilərin də yersiz inadkarlıqdan həmişə zərər görüblər. İ.Hüseynov. Zərər vermək – ziyan vermək, zərərli olmaq. Yalan zərər verər daim insana; Yalançı bənzəyər məlun şeytana. Şəhriyar. Zərər verməz – zərəri olmaz. Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə; Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz. Füzuli. Zərər vurmaq – ziyan vurmaq, ziyan çəkməsinə səbəb olmaq. Hərçənd bir çox mollalar təklikdə “sətr”in şəri olmadığını, məarif və tərəqqimizə zərər vurduğunu söyləyirdi, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət edəmiyordu. “Hophopnamə”. Zərər yox – zərəri yoxdur, eyib etməz, razıyam. [Nadir bəy Aşıq Sultana:] Zərər yox, madam ki arzu edirlər, sazını al da gəl, fəqət çox gecikmə! H.Cavid. Zərərə düşmək – 1) bax. zərər çəkmək; 2) məcburiyyət altında pul xərcləməyə məcbur olmaq. Zərərə salmaq – pul xərcləməyə məcbur etmək. [Aşıq Vəli:] Adama ümid-nevid verib, yerindən eləyib, zərərə salıb, axırda sözünə əməl eləməyənə lənət! N.Vəzirov. Zərəri çatmaq – zərəri dəymək. De, görüm onların nədir səməri? Bəlkə də hər kəsə çatır zərəri. M.Ə.Sabir. Zərəri nədir – zərəri yoxdur. Zərərin yarısından qayıtmaq – ziyan gətirə bilən bir işi davam etdirməyib yarımçıq qoymaq, başa çatdırmamaq. [İmran:] Gəl mənə qulaq as, zərərin yarısından qayıt. M.Hüseyn. Nə zərəri var – bax. zərəri nədir. [Məşədi İbad:] Əlbəttə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Ü.Hacıbəyov. // Maddi itki, xəsarət.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
zərər
ziyan, itki, xəsarət
{ziyan, kayıp, hasar}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
zərər
hasar, hüsran, sakınca, zarar, zayiat