turklehceleri.org

zəqqum

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

zəqqum

is. [ər.]
1. Acı meyvəsi olan bir cins ağac; ağı ağacı. [Xortdan:] Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin. Ə.Haqverdiyev. // Bu ağacın meyvəsi.
2. məc. Çox acı şey haqqında. Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, ağıya döndü. Molla Cümə. Görürəm Muğanın, Milin havası; İndi acı deyil bir zəqqum kimi. R.Rza. ‣ Zəqqum! zəqqum yeyəsən! – qarğış, söyüş mənasında. [Vəzir:] Zəhirmar, zəqqum, sən mənə elə xörək yediribsən ki, bir ay da yeməsəm acmanam. M.F.Axundzadə. Zəqqum kimi – zəhər kimi (çox acı). Həyat bir zəqqum kimi; Görünürdü o xana. S.Vurğun. [Xanpəri] heç nə deyə bilmədi, cavab verəcəyi sözlər zəqqum kimi boğazına yığılıb xirtdəyinə tıxandı. Ə.Vəliyev. Sifətindən (üzündən) zəqqum yağmaq – çox acıqlı, hirsli, qaşqabaqlı adam haqqında. Gözünü kövşənə zilləyib həyatını torpağa bağlamış kəndlilərin sifətindən elə bil zəqqum yağır, zəhər ələnirdi. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

zəqqum

acı, zəhər
{acı, zehir}


Last searches: