turklehceleri.org

variasiya

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

variasiya

[lat.]
1. mus. Əsas musiqi mövzusunun, onun ayrı-ayrı elementlərini (ritm, harmoniya və s.) dəyişdirmək yolu ilə başqa şəklə salınması. “Vilayəti”nin birinci cümləsi variasiya şəklində təkrar olunmasını tələb edir. Ü.Hacıbəyov. Adından bəlli olduğu kimi, variasiya tərzində yazılmış əsərlərdə müəyyən bir melodiya (tema) sonradan müxtəlif surətdə başqa şəkildə dəyişdirilərək, hər dəfə yeni bir variantda ifadə edilir. Ə.Bədəlbəyli. // Cəm şəklində: variasiyalar mus. – əsas mövzunun təkrarından və müxtəlif şəkildə işlənməsindən ibarət musiqi əsəri, rəqs və s.
2. biol. Təbii və ya süni şərait təsiri altında heyvanların və ya bitkilərin öz əsas tipindən kənara çıxması, bir qədər dəyişməsi. Oxşar heyvanların cütləşdirilməsi faydalı variasiyaları cütləşdirməkdən əlavə, bir də bu variasiyaları nəslə mümkün qədər daha yaxşı vermək qabiliyyətini heyvanlarda təlim etmək məqsədini güdür. “Ümumi zootexniya”.


Last searches: