turklehceleri.org

zəngin

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

zəngin

sif.
1. Çoxlu mal-dövləti, sərvəti, maddi vəsaiti olan, çox varlı. Zəngin ölkə. – Bu kənd böyük, zəngin bir kənd idi. N.Nərimanov. // Eyni mənada adam haqqında. Heç zənn etməm özgənin mali; Bizi zəngin qılıb edə ali. M.Ə.Sabir.
2. Çox bol, çoxlu, bollu, çox geniş. Zəngin dil (söz ehtiyatı və ifadə vasitələri çox bol olan inkişaf etmiş dil). Zəngin kitabxana. Zəngin neft yataqları. Əsəri yazmaq üçün zəngin material toplanmışdır. Zəngin imkanlardan istifadə etmək.
3. Çox qəşəng, çox gözəl, möhtəşəm, dəbdəbəli, təmtəraqlı, cah-calallı. O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. S.Vurğun.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

zəngin

I. varlı, dövlətli, qəni
{varlıklı, devletli, gani}

II. geniş, bol
{geniş, bol}

III. dəbdəbəli, təmtəraqlı, cah-cəlallı
{ihtişamlı, gösterişli, azametli}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

zəngin

varlıklı, zengin


Last searches: