turklehceleri.org

faş

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

faş

faş etmek фаш итү

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

faş

sif. [ər.] Meydana çıxan, zahir olan, üstü acılan, ifşa olunan, büruzə çıxan. • Faş etmək – gizli işi, sirri başqalarına demək, bildirmək, yaymaq, açmaq, üzə çıxarmaq, üstünü açmaq. Gizli xəbəri faş etmək. – [“Molla Nəsrəddin”] Yer üzündə Allah vəkillərinin çirkin əməllərini faş edirdi. M.İbrahimov. Saldın ayaqlara məhəbbətimi; Faş etdin aləmə hər söhbətimi. S.Rüstəm. [Zeyd Nofələ və İbn Salama:] Qayıdın geri. Qeysin sirri var. Qoymaram onun sirrini faş edəsiniz. Ə.Məmmədxanlı. Faş olmaq – üzə çıxmaq, üstü açılmaq, hamıya məlum olmaq, aşkar olmaq, yayılmaq. Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

faş

açıq, aşkar
{açık, aşikâr}


Last searches: