turklehceleri.org

zəncir

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

zəncir

is. [fars.]
1. Bir-birinə keçmiş halqalardan ibarət dəmir bağ; silsilə. Saat zənciri. Lövbər zənciri. İti zəncirlə bağlamaq. – Axırda Dəmirçioğlu atasından gizli bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı. “Koroğlu”. Kəndlinin cavan oğlu şiddətli surətdə dəli oldu, hətta onu zəncir ilə bağlamağa məcbur olurlar. S.S.Axundov.
2. Buxov, qandal. Əzizim bağlı qaldı; Yar qəlbi dağlı qaldı; Zəncir, buxov görmədi; Qollarım bağlı qaldı. (Bayatı). Ruhi-Məcnuni sevirsən bir dəm ey zəncir açıl; Kim, tutulmuş şəhridən könlüm biyaban istərəm. Qövsi. ..Dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Ə.Haqverdiyev. Zənciri qolundan atdı bu torpaq. B.Vahabzadə. • Zəncirə çəkmək (vurmaq) – zəncirləmək, əl-ayağını zəncirlə bağlamaq. Dili-divanəni zəncirə çəkərsən, yeri var; Ətri-zülfün nə üçün müşkiXətadan seçməz? S.Ə.Şirvani.
3. məc. Əsarət, zülm, məhkumluq rəmzi. İnsanlara zəncir, fəğan gətirən; O, faşist adlanan qara itləri; Məhv et silahının qüdrətilə sən! R.Rza. // Klassik şeirdə gözəlin zülfünə işarədir. Tutmazam zənciri-zülfü tərkin, ey naseh; Məni xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli. Saçın zəncirinə könül bağladım; Məcnun kimi düşdüm dağa, Fatimə! M.P.Vaqif. ‣ Zəncir kimi (tək) – bir-birinin ardınca, silsilə şəklində. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq. Zəncirtək düzülüb on beş hünərvər; Daşlı küdrüləri etdilər səngər. H.K.Sanılı. Zəncir gəmirmək (çeynəmək) (bəzən “əlindən” sözü ilə) – birinə qarşı son dərəcə hiddətli olmaq, birinə divan tutmağa hazır olmaq, acıqlı olmaq. Zəncirdən qurtarmaq – bax. zəncirini qırmaq 1-ci mənada. Yaşıllıq çağırsın hər qəlbin neyi; Qurtaraq zəncirdən Prometeyi!.. S.Vurğun. Zəncirini qırmaq – 1) əsarətdən qurtarmaq, azadlıq əldə etmək; 2) məc. dan. həddini azmaq, sözə baxmamaq, özbaşınalıq etmək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

zəncir

I. bağ, silsilə
{bağ, silsile}

II. buxov, qandal
{demir, bağ}

III. əsarət, zülm
{esaret, zulüm}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

zəncir

köstek, zincir


Last searches: