zəlalət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zəlalət
I. is. [ər.]
1. klas. Alçalma, alçaqlıq, həqarət, rəzalət, xarlıq. Bu nə zəlalətdir?
2. Zillət, əzab və əziyyət, çətinlik, möhnət. Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. N.Nərimanov. [Dərvişin] üzündə və gözlərində əziyyət nişanələri oynaşıb çox zəlalətlərə düçar olduğuna işarə verirdi... A.Divanbəyoğlu. • Zəlalət çəkmək – əziyyətlə, zillət içində yaşamaq, çətin dolanmaq, acı, ağır həyat keçirmək. Zəlalətə düşmək – zəlil olmaq, zillətə düşmək, bəd-bəxt olmaq. [Hacı Novruz:] Belə zəlalətə düşməkdənsə biryolluq ölüb qurtarmaq məsləhətdir. Ə.Haqverdiyev.
II. is. [ər.] klas. Doğru yoldan azma, düz yoldan sapma (çıxma); sapqınlıq. • Zəlalət əhli klas. – doğru yoldan azmış adam. Zəlalət əhli hər şeyi gec anlar, gec də hökm eylər; O kəs kim, doğru yolu fəhm edər, əhli-fəzilətdir. M.Ə.Sabir.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
zəlalət
I. alçaqlıq, həqarət, rəzalət, xarlıq
{alçaklık, hakaret, rezalet, maskaralık}
II. zillət, çətinlik, möhnət
{zillet, zorluk, sıkıntı}