istiqamət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
istiqamət
is. [ər.]
1. Bir şeyin hərəkət xətti, hərəkətin yönəldiyi cəhət, səmt, tərəf. İnsanlar təbiəti istədikləri istiqamətdə dəyişdiriblər. Adamlar müxtəlif istiqamətlərə yollandılar. – Nəhayət, qadın birdən-birə istiqamətini dəyişib, üzüaşağı Dəclə sahilinə tərəf getməyə başladı. M.S.Ordubadi. • İstiqamət almaq (götürmək) – müəyyən bir tərəfə, səmtə doğru yönəlmək, üz tutub getmək. Bir göz qırpımında düşmən tankı artıq ön atəş xəttini keçmiş, .. batalyon komanda məntəqəsi yerləşən təpəyə doğru istiqamət almışdı. Ə.Məmmədxanlı.
2. məc. Hər hansı bir fəaliyyətin, işin, hadisənin və s.-nin inkişaf xətti. Səyahətin istiqaməti. Elmin başlıca istiqaməti. – Respublikada neft axtarışının istiqaməti haqqında qızğın mübahisələr gedirdi. M.Süleymanov.
3. İctimai, siyasi, elmi və s. cərəyan. ..Səlimi tamamilə başqa bir istiqamətin adamı idi. M.İbrahimov. • İstiqamət vermək (göstərmək) – istiqamətləndirmək, yönəltmək, yol göstərmək. Din düşüncəsi tarix boyu cəmiyyətin mənəvi inkişafına istiqamət veribdir.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
istiqamət
cəhət, səmt, tərəf
{yön, semt, taraf}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
istiqamət
istikamet, rota, yön