zəiflik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zəiflik
is.
1. Qüvvə azlığı, gücsüzlük. İşığın zəifliyi. Motorun zəifliyi. // Üzgünlük, taqətsizlik, qüvvətsizlik, xəstəlik halı, fiziki qüvvə azlığı, arıqlıq. Qıçlarında zəiflik hiss etmək. – [Qızın] çöhrəsində bir yorğunluq və zəiflik hiss olunurdu. M.S.Ordubadi. [Gülara] zəiflikdən bir skelet şəklini almışdı. Ə.Vəliyev.
2. Bir şeyin yerinə yetirilməsində lazımınca möhkəmlik, səbat və ardıcıllıq olmaması; iradəsizlik, qətiyyətsizlik, acizlik, bacarıqsızlıq, qabiliyyətsizlik. Rəhbərliyin zəifliyi. Bütün günah onun zəifliyindədir. – [Qadir] özünün zəifliyindən o qədər acıqlandı ki.. Ə.Əbülhəsən. • Zəiflik göstərmək – acizlik göstərmək, iradəsizlik göstərmək. // Kifayətsizlik, yarıtmazlıq, qüsurluluq, nöqsanlılıq, nöqsan, qüsur. Aparılan işlərin zəifliyi. Təşkilat cəhətdən zəiflik. Eşitmə (görmə) qabiliyyətinin zəifliyi. // Azlıq, çatışmazlıq. Əqli zəiflik. Orqanizmdə vitaminlərin azlığı zəifliyə və ya xəstəliyə səbəb olur.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
zəiflik
I. gücsüzlük, üzgünlük, taqətsizlik
{güçsüzlük, üzgünlük, takatsizlik}
II. iradəsizlik, qətiyyətsizlik, bacarıqsızlıq, qabiliyyətsizlik
{iradesizlik, katiyetsizlik, beceriksizlik, kabiliyetsizlik}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
zəiflik
zaaf