zühur
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zühur
[ər.] Zahir olma, meydana çıxma, görünmə, çıxma. Günəşin zühuru. Ayın zühuru. – Hər zərreyi-zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri. Füzuli. [Soltanın] bu nagahani zühuru Durnada heç bir təəccüb .. doğurmadı. İ.Əfəndiyev. • Zühur etmək – meydana çıxmaq, zahir olmaq. Gecmi, tezmi, bilməm, əmma həqq edər bir gün zühur. M.Hadi. Veylabadda hər bir şey dəyişmişdi, çoxlu ocaqlar (pirlər) zühur etmişdi. Çəmənzəminli. İran ticarət bazarlarında zühur edən ümumi düşmənə qarşı vahid cəbhə düzəldə bilmirlər. M.S.Ordubadi. Zühur olmaq – doğulmaq, meydana gəlmək. Necə ki sən zühur oldun anadan; Mən gülə bilmədim bu qəmxanadan. Molla Cümə. Zühura gəlmək – meydana çıxmaq. ...Bizlərdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir. C.Məmmədquluzadə. Zühura çıxmaq – üzə çıxmaq, meydana çıxmaq, zahir olmaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
zühur
görünmə, çıxma
{görünme, ortaya çıkma}
Last searches:
- Doygun,
- culuk,
- doldurmak,
- tulaha,
- battleship,
- soky,
- Teşik,
- huquqshunos,
- shamal,
- mupt,
- prediction,
- tuyarman,
- flock,
- tilshunas,
- kirişme,
- chippa,
- baturlarche,
- Barat,
- tibirdetmek,
- nişangah,
- darçin,
- zühur