zorlamaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zorlamaq
f.
1. Zorla bir işə məcbur etməyə çalışmaq, zora salmaq, zorla boynuna qoymaq. Gülyaz Səmədi, heç olmazsa, rəsmi bir ər kimi istəmək üçün könlünü nə qədər zorlayırdısa da, bir nəticə çıxmırdı. M.Hüseyn. [Nəriman:] Mənim qəlbimi zorlamaq fikrinə düşmədi. Mir Cəlal.
2. məc. Zorla cinsi əlaqəyə məcbur etmək, zorla əlaqədə olmaq, namusuna toxunmaq.
3. Zorla açmaq, gücə salaraq açmaq; güc gəlmək. Onlar nə hökumət qapısını, nə də sizin evin qapısını zorlayıb içəri girə bilməzlər. M.S.Ordubadi. Axund qapını zorlamağa başladı. S.Rəhman. // Güc gəlmək, zorakılığa salmaq, güc eləmək, zor etmək. Sonra hər kəs gəldi, zorladı, girdi içəri. C.Məmmədquluzadə.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
zorlamaq
üstələmək
{üstelemek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
zorlamaq
zorlamak