zibilləmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zibilləmək
f.
1. Zibil etmək, zibil tökmək, zibilləndirmək. Xalçanın üstünü zibilləmək. Döşəməni zibilləmək. – Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər. C.Məmmədquluzadə.
2. məc. Xarab etmək, korlamaq, lüzumsuz, istənilməz və s. şeylərlə doldurmaq. Dili lüzumsuz yad sözlərlə zibilləmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
zibilləmək
I. çirkləmək
{kirlenmek}
II. tullamaq, xarablamaq
{fırlatmak, atmak}